AZ

Cari ilin iki ayında əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 230 milyon manat xərcləyib

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsindəistehlakçılara 230 milyon manatlıq əczaçılıq məhsulları və tibbiləvazimatlar satılıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,9milyon manat və ya 11,5% çoxdur.

Hesabat dövründə əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrəticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 2,5%-ə bərabərolub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında pərakəndəticarət şəbəkəsində istehlakçılara 9241,2 milyon manatlıq, ocümlədən 5066,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütünməmulatları, 4,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndəticarət dövriyyəsi real ifadədə 3,8%, o cümlədən ərzaq məhsulları,içkilər və tütün məmulatları üzrə 1,8%, qeyri-ərzaq malları üzrə6,2% artıb.

Seçilən
3
az.trend.az

1Mənbələr