AZ

Albaniya prezidenti: "Bakı forumu qlobal çağırışlar fonunda əhəmiyyətli hadisədir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qlobal Bakı Forumu davam edən qlobal çağırışlar fonunda əhəmiyyətli hadisədir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Albaniya Prezidenti Bayram Beqay XII Qlobal Bakı Forumunun açılışında bildirib.
"Bugünkü forum böyük əhəmiyyət daşıyır, çünki biz hələ də çox sayda qlobal çağırışla üzləşirik. Azərbaycan tərəfinə qlobal problemlərin müzakirəsi üçün belə vacib platforma təqdim etdiyinə görə minnətdaram", - deyə o bildirib.
B.Beqay vurğulayıb ki, müasir dünya təkcə siyasi deyil, həm də iqtisadi böhranla üzləşir:
"Biz elə bir dövrdə yaşayırıq ki, hakimiyyət ədaləti dəyişdirməyə çalışır, cəmiyyətlər isə dağılır. Bugünkü çağırışlar yeni dünya nizamı üçün bir sınaqdır, təhlükəsizliyə təhdiddir. Biz sülhün bərpasına nail olmalı, sərhədləri qorumalı və təhlükəsizliyi təmin etməliyik. Transmilli cinayətkarlıq və digər çağırışlar bizim birgə cavabımızı tələb edir. Biz öz dəyərlərimizə sadiq qalmalı və bütün münaqişələrin sülh yolu ilə həll olunduğu, iqtisadiyyatın sabit inkişaf etdiyi bir dünya üçün çalışmalıyıq".
Albaniya lideri, həmçinin 2024-cü ilin noyabrında Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurunu qeyd edib.
Seçilən
9
oxu.az

1Mənbələr