AZ

Azərbaycan fevralda "OPEC+" kvotasından 86 min barel geridə qalıb

Bu ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 77,5 min ton və ya 584 min barel olub.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunun 63,1 min tonunu (465 min barel) xam neft, 14,4 min tonunu (119 min barel) kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 38-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.

Beləliklə, Azərbaycan fevral ayında "OPEC+" çərçivəsində kvotasından 86 min barel geridə qalıb.

Seçilən
1
2
apa.az

4Mənbələr