AZ

"Arsenal"ın bir daha qazana bilməməsi üzücüdür"

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının 1/8 final mərhələsinin PSV ilə cavab oyununda 2:2 hesablı heç-heçədən danışıb.

90deqiqe.Az xəbər verir ki, "TNT Sports" mütəxəssisin dediklərini belə çatdırıb. 

“Yaxşı başladıq, erkən qol vura bildik, iki dəfə öndə idik, amma təəssüf ki, yenə qalib gələ bilmədik. Gördüyünüz kimi, ikinci hissədə komanda yorğun idi, bizdə birlik çatışmırdı. Amma yenə də xoşbəxtik, çünki istədiyimizə nail olduq.Mən şadam ki, təcrübəyə ehtiyacı olan bəzi oyunçulara şans verə bildim".

"Topçular" keçən həftə Eyndhovendə 7-1 hesablı qələbə qazanmışdılar, buna görə də cavab oyunu intriqadan məhrum idi.

"Arsenal" 1/4 finalda "Real"la qarşılaşacaq.

Seçilən
11
90deqiqe.az

1Mənbələr