AZ

Portuqaliya dünya çempionatının qəhrəmanlarını gözləyir

Azərbaycanın aerobika yığması beynəlxalq mövsümün startına hazırlaşır.

İdman.biz xəbər verir ki, martın 21-23-də Portuqaliyanın Kantanhededa şəhərciyində Dünya kubokunun ilk mərhələsi keçiriləcək.

Komandamızın heyətində qarışıq cütlüklər arasında dünya çempionatının gümüş mükafatçıları Vladimir Dolmatov və Mədinə Mustafayeva, həmçinin Sara Əlixanlı, Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyeva yer alıblar.

Aerobika ustaları trio, qrup, qarışıq cütlük və fərdi yarışlarda çıxış edəcəklər.

Mövsümün ilk Dünya kubokunda 11 ölkənin təmsilçiləri çıxış edəcəklər.

İdman.biz

Seçilən
1
idman.biz

1Mənbələr