
İran Trampın gözlənilən məktubunu alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş ABŞ Prezidenti Donald Trampın İranın ali dini lideri Ayətullah Əli Xameneiyə ünvanladığı məktubu İranın xarici işlər naziri Abbas Əraqçiyə təqdim edib.
Qeyd edək ki, Tramp Tehranın Vaşinqtonla İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə İranı hərbi güclə hədələyib. Amerika lideri maksimum təzyiq siyasətinə qayıtmaq üçün sərəncam imzalayaraq İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bəyan edib. İranın ali dini lideri Ayətullah Əli Xamenei isə Tehranın təzyiq altında danışıqlar aparmayacağını vurğulayıb.