AzVision.az xəbər verir ki, agentliyin ölkəmizdəki ofisi Azərbaycan hökumətinin yeni siyasətinə əsasən, hər bir xarici KİV-ə yalnız bir akkreditasiya verildiyini vurğulayıb.
Bundan əvvəl Azərbaycanda “Bloomberg” agentliyinin akkreditasiyasının ləğvi ilə bağlı məlumat yayılmışdı. Xatırladaq ki, bu ilin fevralında “BBC” və “Sputnik” agentliklərinin dəAzərbaycandakı nümayəndəlikləri, o cümlədən “Amerikanın Səsi” radiosunun müxbir akkreditasiyası ləğv edilib.
Qeyd edək ki, son vaxtlar ABŞ-nin yeni administrasiyasının apardığı araşdırmalar bu agentliklərin digər ölkələrin ərazilərində daha çox destruktiv və qərəzli fəlaiyyət göstərdiyini üzə çıxarıb.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta