AZ

Limonun tumlarını atmayın: Limonun özü qədər faydalıdır

Limon təkcə suyu ilə deyil, həm də tərkibindəki lifləri, qabığı və tumları ilə unikal sağlamlıq faydalarına malikdir.

Bakıvaxtı.az xəbər verir ki, limon tumundan çay hazırlayaraq onun faydalarından yararlanmaq mümkündür.

Məlumata görə, çayı hazırlamaq üçün tumları suya qoymaq və 10 dəqiqə qaynatdıqdan sonra içmək lazımdır.

Bədəni təmizləməyə kömək edən limon tumları insan orqanizmi üçün faydaları çoxdur:

İmmuniteti gücləndirir: 

Limon tumu immuniteti gücləndirən quruluşu sayəsində xəstəliklərdən qorunmağa kömək edir. Xüsusilə soyuq havalarda ondan kömək alaraq xəstəliklərə tutulma riskini azalda bilərsiniz. C vitamini mənbəyi olan limon tumlarında C vitamini də var.

Həzmi rahatlaşdırır: 

Limon tumundan əldə edilən bitki çayı mədə xəstəlikləri üçün faydalıdır. Araşdırmalar həmçinin həzmi tənzimləyən limon tumlarının bağırsaqlarda zərərli bakteriyaların əmələ gəlməsinin qarşısını almağa kömək etdiyini göstərir. 

Oynaq ağrılarını aradan qaldırır:  

Limon tumları sağlam komponentlərlə dolu quruluşu sayəsində bədəndəki iltihablara qarşı da təsirlidir. İltihab nəticəsində yaranan oynaq ağrıları və revmatizmə qarşı kömək edir. 

Böyrəkləri qoruyur:  

Limon tumundan əldə edilən təbii çay bədəndən toksinlərin çıxarılmasına da kömək edir. Böyrək sağlamlığını dəstəklədiyi də sübut edilmişdir. Limondan faydalanmaq üçün limon toxumu çayı hazırlaya bilərsiniz. 

Mina Mikayılova

Seçilən
3
bakivaxti.az

1Mənbələr