AZ

45 yaşlı kişi özünü qatarın altına atdı 

Kürdəmirdə sürət qatarının vuraraq öldürdüyü şəxsin intihar etdiyi məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Qarabucaq dəmir yolu stansiyasının ərazisində baş verib.

Kürdəmir rayon sakini, 45 yaşlı Famil Zeynal oğlu Bağırov özünü surət qatarının altına atıb.

Kişi aldığı xəsarətlərdən yerindəcə keçinib. İntiharın səbəbi məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
2
3
ucnoqta.az

4Mənbələr