"Volkswagen" və "Audi" şirkətləri 13,8 min ID.4 və Q4 e-tron elektrik avtomobilini şarj cihazındakı problem səbəbi ilə geri çağırmağa qərar verib.
Milli.Az xəbər verir ki, məlumatlara görə, problemli şarj cihazı nəmin kondensasiyasına səbəb olur və nəticədə güc itkisi və avtomobilin tamamilə dayandırılması ilə nəticələnə bilər.
2024-cü ilin sentyabr ayında başlayan araşdırmalar Almaniya və ABŞ-da istehsal olunan 127 ID.4 və 117 Q4 e-tron modelində nasazlıq aşkar edib.
Problemli avtomobillərin sahibləri 29 aprel 2025-ci il tarixinə qədər müvafiq bildirişləri alacaq. Lakin hazırda diler anbarlarında ehtiyat hissələri mövcud deyil.
Milli.Az