"Şimal Qüvvələr Qrupunun komandanlığı Rusiya prezidenti Vladimir Putinə Kursk vilayətinin ərazisinin Ukrayna silahlı qüvvələrinin nümayəndələrindən azad edilməsi üzrə əməliyyatın yekun mərhələsinə daxil olması barədə məruzə edib".
Adalet.az xəbər verir ki, bu bu barədə TASS-a Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Xəbər vermişdik ki, Ukrayna silahlı qüvvələrinin Kursk vilayətinə kütləvi hücumu 6 avqust 2024-cü ildə başlayıb. Bölgədə federal fövqəladə rejim elan edilib, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kiyev Kursk istiqamətində döyüşlər başlayandan bəri 66 810-dan çox əsgər itirib.
ilk dəfə hərbi formada Kurska gedən Putin Ukrayna qoşunlarının tamamilə çıxarılması əmrini verib. Gerasimovun iddiasına görə, Ukrayna qoşunlarının ələ keçirdiyi ərazilərin 86 faizi üzərində nəzarət bərpa olunub. Sırski də Rusiyanın aktiv şəkildə hücuma keçdiyini təsdiqləyir.
Əntiqə Rəşid