AZ

Santuşun seçimləri: bu klubların oyunçuları siyahıya düşmədi

Azərbaycan millisinin Haiti və Belarusla yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Baş məşqçi Fernandu Santuş 25 futbolçuya dəvət göndərib. Siyahıda yeni adlar da var. I Liqada mübarizə aparan “Qəbələ”nin futbolçusu Şahin Şahniyarov ilk dəfə əsas yığmaya dəvət alıb. Bu, yığmanın məşqçilər korpusunun I Liqanı da diqqətdə saxladığı mənasına gəlir və müsbət haldır.

Siyahıda Premyer Liqanın sonuncusu “Səbail”dən Mert Çelik yer alıb. Autsayderin heyətində bu mövsüm oyunu ilə diqqətçəkən Rüfət Abdullazadənin toplanışa çağırılmaması sual yaradır. Eyni zamanda, çempionatda üçüncü və dördüncü pillədə qərarlaşan “Araz-Naxçıvan” və “Turan Tovuz”un yerliləri siyahıdan kənarda qalıb. “Araz-Naxçıvan”dan Qara Qarayev, Urfan Abbasov, “Turan Tovuz”dan İsmayıl Zülfüqarlı, Faiq Hacıyev komandalarında mütəmadi şans qazanan və stabil oynayanlardır, ancaq siyahıdan kənar qalıblar.

Ümumilikdə, yığmaya Premyer Liqanın 10 klubundan 6-dan futbolçu dəvət olunub. “Turan Tovuz”, “Araz-Naxçıvan”, “Sumqayıt” və “Kəpəz”in yerliləri dəvətlilər düşməyib.

Santuşun digər seçimləri hardasa anlaşılandır. Qarşıdakı toplanış futbolçular üçün sınaqdır və xüsusilə gənc oyunçular şans qazanacaqları halda, özlərini maksimum göstərməli olacaq.

Azərbaycan yığması martın 22-də Haiti, 25-də isə Belarusla üz-üzə gələcək.

Şahin Cəfərov

Seçilən
4
futbolpress.az

1Mənbələr