AZ

İngiltərədə dəhşət - Tək yaşayan qadını itləri yedi - FOTO

İngiltərənin Suindon şəhərində təkbaşına yaşayan 45 yaşlı Cemma Hart bəslədiyi itlər tərəfindən yeyilib.

 

 

Sfera.az "Yeni Şafak"a istinadən xəbər verir ki, Cemma Hartın həftələrlə görünməməsi qonşularını narahat edib.

 

 

Onlar əvvəlcə qadına mesaj yazəblar, amma mesajlarına cavab almayıblar. Eyni zamanda, evdən gələn it səslərinin kəsildiyini də müşahidə ediblər. Bu səbəbdən qonşularından biri ehtiyat açarla mənzilə daxil olmağa çalışıb, lakin qapının içəridən kilidli olduğunu görüb və dərhal polisi məlumatlandırıb.

 

 

Yanvarın 29-da mənzilə daxil olan polis qadının parçalanmış cəsədi ilə qarşılaşıb. Araşdırmalar nəticəsində Hartın intihar etdiyi və cəsədin uzun müddət evdə qalması səbəbindən ac qalan itlərin onu yeməyə başladığı müəyyən edilib.

 

 

İki uşaq anası olan Cemma Hart heyvan sevgisi ilə tanınırdı və itləri ilə çox yaxın münasibət qurmuşdu. Onun uzun müddətdir müxtəlif sağlamlıq və psixoloji problemlərlə mübarizə apardığı, həmçinin ailəsi ilə əlaqə saxlamadığı bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

 

 

Bəsti Rəfizadə

Seçilən
3
sfera.az

1Mənbələr