AZ

Kişmişin faydası çoxdur yoxsa zərəri?

Kiçik ölçüsünə baxmayaraq, böyük faydalar verən kişmiş, qidalandırıcı və doydurucu xüsusiyyətləri ilə vacib qida mənbəyi hesab olunur.
 

Pravda.az bildirir ki, əsas faydalarından biri qan azlığının qarşısını almaq və enerji verməkdir. Bundan əlavə, kişmiş vitaminlər, minerallar və liflə zəngindir.


Kişmiş sərbəst radikalları orqanizmdən uzaqlaşdırmağa kömək edən, hüceyrə və DNT-nin zədələnməsinin qarşısını alan, xroniki xəstəliklər riskini azaldan, qan təzyiqini tənzimləyən polifenol adlı antioksidantlarla zəngindir. Eyni zamanda antiinflamatuar təsir göstərir və qan azlığı probleminin qarşısını almağa kömək edir.


Kişmiş nə qədər kalori verir?
 

Kişmiş həm qida dəyərləri, həm də kalorisi baxımından zəngin qidadır. Çox vaxt pəhrizlərdə ara yemək kimi tövsiyə olunur. Bir ovuc (təxminən 120 qram) kişmişin kalorisi 120 kkal hesab olunur. Ancaq həddindən artıq istehlak edildikdə yüksək kalorisi çəki artımına səbəb ola bilər.


Kişmiş təzə üzümdən daha çox kalori, şəkər və karbohidrat ehtiva edir. Eyni zamanda daha çox lif, kalium və dəmirlə zəngin olur. Şəkər səviyyəsinin yüksək olmasına baxmayaraq, kişmişin orta səviyyəyə yaxın glisemik indeksi var və bu səbəbdən qan şəkərini digər şirniyyatlar qədər sürətlə yüksəltmir.


Kişmişin sağlamlığa faydaları


Kişmiş ümumi göz sağlamlığını dəstəkləyən antiinflamatuar polifenollar ehtiva edir. Liflə zəngin olduğu üçün həzmi asanlaşdırır və bağırsaq sisteminin düzgün işləməsinə kömək edir. Eyni zamanda enerji səviyyəsini yüksəldir, ürək sağlamlığını qoruyur, orqanizmi lazımi miqdarda dəmir ilə təmin edərək qan azlığının qarşısını alır və diş çürümələrinə mane olur.


Kişmişin əsas faydaları:
 

Vücudu dəmirlə təmin edir

Sümük sağlamlığını dəstəkləyir

Qan azlığının qarşısını alır

Enerji verir

Ürək sağlamlığını qoruyur

Həzm sistemini dəstəkləyən liflə zəngindir

Hüceyrə zədələnməsinin qarşısını alır

Dərini gənc, elastik və yumşaq saxlayan E vitamini ehtiva edir

Diş çürümələrinə qarşı təsirlidir

Vitamin və minerallarla zəngindir

Xroniki xəstəliklərin riskini azaldır


Qan azlığının qarşısını alır - Güclü dəmir mənbəyi olan kişmiş, sağlam qırmızı qan hüceyrələrinin istehsalına kömək edir, orqanizmdəki dəmir səviyyəsini artırır və qan azlığının yaratdığı yorğunluğu azaldır.


Enerji səviyyəsini artırır - Gündə bir ovuc kişmiş istehlak etməklə yorğunluq və halsızlıq hissini azalda, enerji səviyyənizi yüksəldə bilərsiniz.


Ürək sağlamlığını qoruyur - Kişmiş qan təzyiqini və "pis" xolesterol olaraq bilinən LDL səviyyələrini aşağı salır, ürəkdəki gərginliyi azaldaraq infarkt və digər ürək xəstəliklərinin riskini azaldır.


Sərbəst radikallarla mübarizə aparır - Kişmiş tərkibindəki antioksidantlar vasitəsilə bədənin sərbəst radikallarla mübarizə aparmasına kömək edir və hüceyrə zədələnməsinin qarşısını alır.

Həzm sisteminə kömək edir - Tərkibində olan liflər bağırsaq sağlamlığına müsbət təsir göstərir, həzmi asanlaşdırır və mədə problemlərinin azalmasına kömək edir.

Diş sağlamlığını qoruyur - Kişmişin tərkibində olan oleonolik və linoleik turşular antibakterial xüsusiyyətlərə malikdir. Bu səbəbdən diş çürümələrinin qarşısını almaqda təsirlidir.

Vitamin və minerallarla zəngindir - Kişmiş tərkibində dəmir, kalium, kalsium, mis və manqan kimi mineralları ehtiva edir və eyni zamanda güclü lif mənbəyidir.


Xroniki xəstəliklərin qarşısını alır - Antioksidant xüsusiyyətləri sayəsində kişmiş xroniki xəstəliklərin yaranma riskini minimuma endirir.


Sümük sağlamlığını dəstəkləyir - Kalsium baxımından zəngin olan kişmiş sümük sisteminin möhkəmlənməsinə və əzələlərin düzgün işləməsinə kömək edir.


Kişmişin zərərləri


Sağlamlığa faydaları çox olsa da, kişmişin həddindən artıq istehlakı bəzi yan təsirlərə səbəb ola bilər.


Çəki artma riski: Yüksək şəkər və kalori miqdarına görə normadan artıq istehlak edildikdə çəki artımına səbəb ola bilər.


Bağırsaq problemləri: İrritabl bağırsaq sindromu (İBS) olan bəzi insanlarda qaz və həzm problemlərinə yol aça bilər.


Kişmiş sağlam bir qida olsa da, balanslı istehlak edilməsi tövsiyə olunur.


Əminə Bayramova 

Tarix: 13 Mart 2025, 12:30   
Seçilən
10
pravda.az

1Mənbələr