AZ

Dörd qurumun sərəncamında qalan vəsaitlər nazirliyin əməkdaşlarına maaş əlavəsi və mükafat kimi veriləcək

Tabeliyində olan 4 dövlət agentliyinin sərəncamında qalan vəsaitdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulcaq.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 mart 2025-ci il tarixdə fərman imzalayıb.

Bura, Dövlət Dəniz və Liman Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi daxildir və müvafiq olaraq bu agentliklətin nizamnamələrində dəyişikliklər edilib.

Seçilən
2
2
banker.az

3Mənbələr