AZ

“Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” kağız, fayl, dəftər, qələm, karandaş, yaddaş diski, kağıztikən almaq üçün 400 min xərcləyəcək

“Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi müxtəlif təyinatlı avadanlıq, mal-material və ləvazimatlar alır.

 

Pravda.az-ın xəbərinə görə, qurum bu məqsədlə 405 987 AZN xərcləməyi planlaşdırır.

 

Buraya kağız, fayl, dəftər, qələm, karandaş, yaddaş diski, kağıztikən və s. daxildir.

 

İşləri həyata keçirəcək şirkət hələlik müəyyənləşməyib.

 

Cabir

Tarix: 13 Mart 2025, 12:41   
Seçilən
12
pravda.az

1Mənbələr