AZ

PUTİNİN “STALİNLİYİ” TUTUB... – Kurska ilk dəfə hərbi geyimdə gələn Rusiya başçısı nəyin mesajını verir?

Vladimir Putin 3 ildən artıqdır davam edən Ukraynaya qarşı işğalçılıq müharibəsi ərzində ilk dəfə “publika” önünə hərbi geyimdə çıxıb (desək ki, “əzəmətli Ali BAŞ Komandan” kimi görünürdü, bir az qeyri-səmimi olarıq). Zelenskiyə 3 ildir hərbi geyimdə gəzdiyinə, hətta Trampla görüşə belə bu formada getdiyinə görə lağ edən Rusiya təbliğatçıları isə Putinin geyiminə hələ ki, susur...

Hər necə olsa, Putinin bu müharibə ərzində ilk dəfə hərbi geyimdə görünməsi dünya mediasının diqqət mərkəzinə gəlib və bunun hansısa alt mənasının olduğuna, mesaj xarakteri daşıdığına dair müzakirələrə səbəb olub. Əsas sual isə odur ki, nədən məhz indi və nədən məhz Kurskda?

Bu, ilk növbədə Ukraynanın Kursk əməliyyatının, buradakı Rusiya ərazilərinin işğalının nə dərəcədə böyük siyasi əhəmiyyət daşıdığının və Kremlə necə böyük siyasi, hərbi və mənəvi zərbə vurduğunun göstəricisidir. Belə görünür ki, Putin Kurskun “azad edilməsinə” olduqca böyük önəm verir və Ukrayna qoşunlarının buradan çıxmasından sonra özünü bu “məğlubiyyət kompleksindən” qismən də olsa, qurtulmuş hesab edir.

Seçilən
14
azpolitika.info

1Mənbələr