AZ

Juninyo Braziliyada növbəti qolunu vurdu

Qış transfer pəncərəsində "Qarabağ"dan "Flamenqo"ya transfer edilən Juninyo Olavio yeni komandasından növbəti qolunu vurub.

Publika.az xəbər verir ki, o, Quanabara kubokunun "Fulmininse" ilə ilk final matçında fərqlənib. 66-cı dəqiqədə meydana çıxan 28 yaşlı forvard 10 dəqiqə sonra komandasının səfə görüşündəki ikinci qolunun müəllifi olub. Görüş "Flamenqo"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, Juninyonun "qırmızı-qaralar"ın heyətində ikinci qoludur. Zədə səbəbindən 1 ay meydanlardan uzaq qalan forvard daha əvvəl Quanabara kubokunun 8-ci turunda "Portuquesa" ilə görüşdə fərqlənib.

Qeyd edək ki, finalın cavab görüşü martın 16-da baş tutacaq.

Seçilən
0
1
publika.az

2Mənbələr