AZ

Saatlıda vəzifəli şəxsləri şantaj edən reket jurnalistə cəza verildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Asim Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Əliyev 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, "Saatlı TV" kanalı və "TikTok"da "13Asim13" adlı profilin istifadəçisi olmuş Asim Əliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
O, vəzifəli şəxslər barəsində neqativ məlumatları sosial şəbəkə hesablarında və kanallarında yayacağı hədəsi ilə onlardan müxtəlif məbləğlərdə pul tələb ediblər.
İttihama görə, Asim Əliyev Saatlı rayonu, Varxan kənd bələdiyyəsinin sədri, Saatlı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, şirkətlərdən birinin baş mühasibi, Saatlı rayonu Qıraqlı kənd tam orta məktəbin direktoru, Saatlı rayon idarələrindən birinin rəisi, Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktor müavininə özünü azad jurnalist kimi təqdim edərək onlardan hədə-qorxu ilə pul tələb edərək alıb.
Seçilən
3
8
oxu.az

9Mənbələr