Xəbər verdiyimiz kimi, Türkiyədən Azərbaycana idxal olunan bitki çayında uyğunsuzluq aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Sınaq nəticəsinə əsasən, məhsul partiyasında E.coli bakteriyası aşkarlanıb.
Məsələ ilə bağlı News24.az-a danışan professor, həkim Adil Qeybulla deyib ki, bitki mənşəlli çaylar dəmləmədir. Ayrı-ayrı bitkilərin tərkibindəki insan orqaniziminə müxtəlif təsirləri olan maddələrin dəmləməsidir.
A.Qeybulla əlavə edib ki, əgər, bütövlükdə bir seriyada belə bir hal ortaya çıxıbsa, bu, çox ciddi göstəricidir.
Ətraflı videomaterialda:
Günel Məlikzadə