AZ

AFFA-dan "Araz-Naxçıvan" - "Qarabağ" oyunu ilə bağlı sərt cəzalar - Üç futbolçu diskvalifikasiya olundu

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının son turunda keçirilən “Araz-Naxçıvan” – “Qarabağ” oyununda yaşananlarla bağlı ölçü götürüb. 

Fanat.Az xəbər verir ki, qurum dava-dalaşda iştirak edən və hakimin meydandan qovmadığı futbolçuları da cəzalandırıb. 

Matçın 83-cü dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santosun təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2-si şərti olmaqla 4 oyun cəzalandırılıb, klubu 3000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilib.
“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevə təcavüzkar davranışa cəhd etdiyinə görə 1-i şərti olmaqla 2 oyun cəza verilib. “Qarabağ” onun davranışına görə 2000 manat ziyana düşüb. Futbolçuya sınaq müddəti 3 ay təyin edilib.
“Qarabağ”ın digər futbolçusu Musa Qurbanlı da təcavüzkar davranışa cəhdə görə Elvinin aqibətini yaşayacaq. 

Bundan başqa, “Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimə edilib.

Seçilən
0
fanat.az

1Mənbələr