Mart ayının sonunadək, yeni avtomobil almaq istəyən hər kəs, bütün xərclər daxil 5000 manat ilkin ödəniş edərək, 48 aylıq kredit imkanı ilə qənaətcil, etibarlı və servisi əlçatan Wuling Asta hibrid krassoverini və ya Wuling Starligt Plug-in hibrid biznes sedanını əldə edə biləcəklər.
Həmçinin nağd alış zamanı Wuling Asta hibrid krossoveri 2000 manat endirimlə 37.900 manata və orta ölçülü biznes sedan Wuling Starligt Plug-in hibrid modelini 2000 manat endirimlə 33.900 manatdan başlayan qiymətlərlə təklif olunur.
Wuling Asta hibrid modeli haqqında
Wuling Asta modeli qənaətcil olması və dinamik idarəetmə performansı ilə seçilir. Avtomobil 2.0 atmosfer mühərrik və hibrid texnologiyasi ilə təchiz edilib, 100 km üzrə ortalama yanacaq sərfiyyatı 4.6 litrdi. 177 at gücünə sahib bu modelin sıfırdan 60 km/saata qədər sürətlənmə vaxtı 3.2 saniyədir.
Wuling Starlight plug-in hibrid modeli haqqında
Wuling Starlight modeli isə əsasən orta ölçülü biznes sedan olaraq böyük ölçüləri, qənaətcil olması və yüksək performansı ilə seçilir. Plug-in hibrid mühərriklə təchiz olunan bu model, 1.5 benzin mühərrik və elektrik mühərrik ilə birgə 204 at gücü hasil edir. Avtomobilin qarışıq rejimdə ortalama yanacaq sərfiyyatı 4 litrdi. Bu model tam elektrik rejimində 150 km, tam yanacaq çəni ilə 1200 km-dək yürüş məsafəsini qət etməyə imkan verir.
Wuling brendi haqqında
Wuling markası, dünya səviyyəli General Motors təcrübəsini, Çin avtomobil sənayesinin texnoloji üstünlükləri ilə birləşdirir və bunun nəticəsi olaraq Wuling (SGMW koorporasiyası), indiyədək 30 milyondan çox avtomobil istehsalı və satışı ilə Çin avtomobil sənayesində birinci yerdə qərarlaşıb. Etibarlı avtomobil axtarışında olanlar məhz bu səbəbdən Wuling avtomobillərini seçə bilər.
Qeyd edək ki, Wuling avtomobil brendi, IMotors MMC tərəfindən rəsmi olaraq satışa təqdim edilir və Wuling avtomobillərinə istehsalçı tərəfindən 4 il və ya 100.000 km rəsmi zəmanət verilir. Satışa təqdim olunan bütün Wuling avtomobilləri üçün ən son standartlara cavab verən rəsmi servis mərkəzi fəaliyyət göstərməkdədir və bütün modellər tam qaydada servis xidməti və ehtiyat hissləri ilə təmin olunur.
Wuling avtomobilləri ilə daha yaxından tanış olmaq istəyən hər kəs rəsmi satış mərkəsinə müraciət edərək avtomobilləri test edə bilər.
Ətraflı məlumat üçün telefon: *8887
Ünvan: Babək pr. 38A
Rəsmi sayt: www.wuling.az / www.imotors.az
https://www.instagram.com/wuling.azerbaijan/