"Mən 10 il Avropa İttifaqında işlədim, bu gün həmin sahənin veteranı sayılıram”.
APA xəbər verir ki, bunu XII Qlobal Forum çərçivəsində keçirilən Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı mövzusunda paneldə Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel deyib.
O bildirib ki, biz dövri olaraq Aİ hökumətlərini bir araya gətirirdik: “Biz Aİ-nin muxtariyyətini, müstəqilliyi məsələsini qaldırırdıq. Əlbəttə təhlükəsizlik məsələsini də çalışırdıq".
Şarl Mişel Qeyd edib ki, 5 il öncə artıq müstəqil qərarların qəbul edilməsi ilə bağlı çağırışlar edilirdi, indi isə artıq bu, tələb kimi qoyulur: "Avropalılar heç vaxt görünmədiyi kimi özlərinə inamla yanaşmalıdır. Ümumi cəbhədən çıxış etməliyik. Biz bir-birimizə etimad etməliyik, birləşəndə güclü oluruq".