AZ

Rusiyayla danışıqlar başlayır – Tramp

Bakı, TurkicWorld

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Vaşinqtonun Rusiya ilə danışıqlara başlayacağını və ABŞ müzakirəçilərinin Moskvaya “dərhal” gedəcəyini açıqlayıb.

TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, bu qərar, Kiyevin Ciddədə keçirilən danışıqlarda 30 günlük atəşkəs təklifini qəbul etməsi fonunda qəbul edilib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva və Vaşinqtonun yaxın günlərdə ikitərəfli danışıqlar aparmağı planlaşdırdığını bildirib. Onun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Valz Səudiyyə Ərəbistanında aparılan müzakirələrin detalları barədə Rusiyanı məlumatlandıracaqlar.

Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin Kursk bölgəsindəki hərbi qüvvələri yoxlayıb və onları bölgənin tam nəzarətə götürülməsinə çağırıb. Bu səfər, hər iki tərəfin KİV-lərində Ukrayna qüvvələrinin Kurskdan geri çəkildiyinə dair məlumatların yayılmasından sonra baş verib.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlar fonunda bu tip diplomatik danışıqların münaqişənin gələcək inkişafına təsiri hələlik qeyri-müəyyən olaraq qalır.

Seçilən
19
turkic.world

1Mənbələr