Bakı, 13 mart, AZƏRTAC
AFFA İntizam Komitəsi “Səbail” klubunun futbolçusu Suleyman Alluşu 4 oyun cəzalandırıb.
AZƏRTAC xəbər verir ki, buna niderlandlı yarımmüdafiəçinin Misli Premyer Liqasının XXVI turunun “Zirə” ilə oyununda təcavüzkar davranışa yol verməsi səbəb olub. 23 yaşlı oyunçu birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə diskvalifikasiya olunub. Bakı klubu isə 3000 manat cərimələnib.
“Sumqayıt”la matçda 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimə ödəyəcək.
“Neftçi” ilə görüşdə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alan “Turan Tovuz”un futbolçusu Emmanuel Hakman isə 1 oyun cəzalanıb, klubunu isə 1000 manat ziyana salıb.