Sabirabadda çərşənbə tonqalı faciə ilə başa çatıb.
Redaktor.az lent.az-a istinadla xəbər verir ki, hadisə Bulduq kəndində baş verib.
13 yaşlı Ayaz Taryel oğlu Rzazadə yaşadığı evin həyətində Yel çərşənbəsi ilə əlaqədar qalanan tonqaldan tullanarkən oda düşüb.
Nəticədə uşaq yanıq xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Araşdırma aparılır.