Aktiv herpesi olduğu üçün dodağında uçuq yaranmış şəxs tərəfindən öpülən 2 yaşlı uşaq görmə qabiliyyətini itirmək təhlükəsi ilə üz-üzə qalıb.
Tribunainfo.az xəbər verir ki, hadisə Namibiyada yaşanıb. Juvan Saaiman adlı uşağın gözündə təxminən 7 ay əvvəl infeksiya əlamətləri görünməyə başlayıb. Əvvəlcə antibiotik damcıları müalicə olunsa da, problem dürətlə irəliləyib.
Mütəxəssislər tərəfindən aparılan müayinələr nəticəsində uşağın gözündə herpes simplex virusu (HSV) aşkar edilib. Məlum olub ki, uşaq aktiv herpes virusu daşıyan, dodağında uçuq olan biri tərəfindən öpüldükdən sonra bu bu vəziyyətə düşüb.
Virusun yaratdığı iltihab uşağın buynuz qişasını daimi olaraq zədələyərək onun görmə qabiliyyətini itirməsinə səbəb olub. Həkimlər bildirdilər ki, gözü qoruyan təbii təbəqə yox olduqca, zamanla gözün quruması və strukturunun pozulması baş verir. Uşağın gözündə əmələ gələn 4 millimetrlik dəliyin infeksiyanın yayılma riskini artırdığı da bildirilib.
Mütəxəssislər bu cür aktiv herpes daşıyıcılarını, dodağında, əlində açıq yarası olanların azyaşlılarla, körpələrlə təmasına icazə verilməməsini məsləhət görüblər.
Nigar