Yeni stadionun tikintisi başa çatdıqdan sonra “Mançester Yunayted”in 115 ildir oyunlarını keçirdiyi, təxminən 74 min nəfərlik “Old Trafford” stadionu söküləcək.
İndex.az xəbər verir ki, son zamanlar maliyyə çətinliyi yaşayan “qırmızı şeytanlar”ın yeni stadionunun qiyməti 2 milyard dollar civarında olacaq.
Açıqlamada layihənin bölgəyə genişmiqyaslı sosial və iqtisadi faydalar gətirəcəyi, Böyük Britaniya iqtisadiyyatına ildə 7,3 milyard funt sterlinq əlavə gəlir, 92 min yeni iş yeri, 17 mindən çox yeni evin tikintisi və ildə 1,8 milyon əlavə ziyarətçi ilə təmin olunacağı vurğulanıb.
Bildirilib ki, yeni stadion çətir dizaynına və Trafalqar meydanından iki dəfə böyük olan yeni ictimai meydançaya malik olacaq.