Kreml amerikalı danışıqçıların Rusiyaya uçduğunu təsdiqləyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ arasında təmasların planlaşdırıldığını təsdiqləyib.
O vurğulayıb ki, hazırda Ciddədə ABŞ-Ukrayna danışıqlarının nəticələri ilə bağlı məlumatın Rusiya tərəfinə çatdırılması prosesi gedir.
Peskov Rusiyanın Ukrayna ilə bağlı tələblər siyahısını ABŞ-yə verdiyi iddia edilən məlumatları isə şərh etməyib. Kremlin sözçüsü sülh danışıqlarının hələ başlamadığını unutmamağa çağırıb.