Londondakı ailəsindən miras qalan evini ofisianta verən yaşlı kişinin qohumları mülkün geri alınması üçün məhkəməyə müraciət edib.
Publika.az xəbər verir ki, İngiltərənin Harrow şəhərində yaşayan Riçard Coy 2018-ci ilin mayında 82 yaşında vəfat edib.
Ömrünü ailəsindən miras qalan Hilsayd Qardensdəki evində keçirən Coy 2016-cı ildə bu mülkü tez-tez getdiyi kafedə işləyən ukraynalı ofisiant Mariya Romanişinə bağışlayıb.
Lakin onun əmisi oğlu Martin Larni məhkəməyə müraciət edərək Coyun əqli problemi olduğunu və evin sənədləşməsinin etibarsız sayılmalı olduğunu iddia edib.
Romanişin isə, həmin dövrdə Coyun onun qızı ilə şahmat oynaya bildiyini deyərək, onun qərarlarını şüurlu şəkildə verdiyini müdafiə edib.