AZ

Şimali Makedoniya Prezidenti XII Qlobal Bakı Forumunun təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib

Bakı. Trend:

XII Qlobal Bakı Forumunun təşkilinə görə, Azərbaycan Prezidentiİlham Əliyevə təşəkkür edirəm.

Trend xəbərverir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərəverdiyi açıqlamasında Şimali Makedoniyanın Prezidenti QordanaSilyanovskaya-Davkova bildirib.

"Bura toplaşmaq imkanı yaratdığına görə, həmçinin sülhlə bağlıməsələləri, eyni zamanda müharibə ilə bağlı məsələləri – təbiətləmüharibə, xalqlar arasında müharibə - müzakirə edə bildiyimiz buvacib forumu təşkil etdiyinə görə Azərbaycan Prezidenti İlhamƏliyevə və Azərbaycana təşəkkür edirəm. Bu qlobal problemlərinhəlli istiqamətində ilk addımı atmaq üçün şansdır", - deyə obildirib.

Prezident dünyanın böyük faciənin astanasında olduğunubildirib.

"Bugün dünyada və Birləşmiş Millətlər Təşkilatında baş verənlərtəkcə böyük maraq doğurmur, həm də ciddi narahatlıq yaradır.İnsanlıq neçə dəfə 'Bir daha müharibə olmayacaq' deyib və hər dəfəbu vədi pozub, ", - deyə Prezident bildirib.

Silyanovska-Davkova vurğulayıb ki, forum çərçivəsində BMT-ninstatusu da daxil olmaqla bir çox aktual problemləri müzakirə etməkmümkündür.

"Mən gələcəyin gündəminə həsr olunmuş paneldə iştirak edəcəyəm.Əgər biz indiki yolumuzla davam etsək, bu gələcəyin necə olacağınıdüşünməliyik. Həmçinin enerji, rəqabət və tərəfdaşlıq məsələləridiqqət mərkəzində olacaq. İnsanlığı yalnız tərəfdaşlıq xilas edəbilər, əks halda bizi daha da dərin parçalanmaya aparan təhlükəlibir yol gözləyir", – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Məqalədə:
Seçilən
37
2
az.trend.az

3Mənbələr