AZ

"Sürücülük mədəniyyəti bəzi insanlarda aşağı səviyyədədir" - AYDINLIQ GƏTİRİLDİ

"Sürücülərin içərisində hər xarakterdə olanı var". Bu sözləri SİA-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.

Onun sözlərinə görə, sürücülərin narkomanı, dəlisi də var: "Amma içlərində çox gözəl, mədəni, əxlaqlı, tərbiyəli insanlar da var. Hamısına aid etmək olmaz. Ümumi bəladır ki, sürücülük mədəniyyəti bəzi insanlarda aşağı səviyyədədir. Bu da çox böyük narazılıq yaradır.

Avtobus və taksi sürücülərinin həddindən artıq aqressiv olması müşahidə edilir. Hətta onların bu aqressiv davranışı sərnişinlərə də sirayət edir. Nəticədə isə bu qəbilə daxil olan sürücülər sərnişin və ya müştərilərlə kobud rəftar edir, hətta onlara qarşı qeyri-etik ifadələr işlətməkdən belə çəkinmirlər. Bu aqressiya isə əksər hallarda xoşagəlməz hallarla nəticələnir.

Biz nə edə bilərik? Hər insan bir ailədə tərbiyə alır, hər insanın bir formalaşdığı mühit var. Onlara belə mühit təsir göstərir. Bununla hamımız rastlaşırıq. Bütün millətlərdə, hər yerdə belə əxlaqsız sürüclər var. İntizamsız, qaydaları pozan sürücülər insanların əhvalına mənfi təsir göstərirlər. Sürücü əgər qanun pozuntusu edirsə, cəzalandırılmalıdır. Əgər taksi sürücüsüdürsə və ya ictimai nəqliyyat sürücüsüdürsə, Nəqliyyat Agentliyinə şikayət etmək olar".

Müəllif: Söylü Ağazadə
Seçilən
0
sia.az

1Mənbələr