Bakı. Trend:
Biz ilk baxışda çağırışlara diqqət yetirməliyik. Mənim vəzifəyəbaşladığım ilk beş ilin əvvəli COVID-19 pandemiyası dövrünə təsadüfetdi. Bu da müxtəlif çətinliklərə gətirib çıxardı. O zamanqərarların qəbul edilməsi asan deyildi. Həmin illərdə peyvəndlərinvaxtında çatdırılmasına çalışırdıq. Daha sonra Rusiya-Ukraynamüharibəsi başladı. İlk olaraq Ukraynaya kömək etməyə çalışdıq.
Trend xəbər verir ki, bunuXII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasidəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı paneliclasda çıxışı zamanı Avropa İttifaqı Şurasının sabiq PrezidentiŞarl Mişel deyib.
Ş.Mişel deyib: “Biz çoxqütblü dünyaya hərtərəfli dəstəyimizigöstərməliyik. Avropalılar özlərinə heç vaxt olmadığı qədər inamlayanaşmalıdırlar. Biz birləşdiyimiz zaman güclü olarıq. Çünki bubizim gələcəyimizlə bağlıdır".