AZ

Ukrayna ordusu Moskvanı buna görə vura bildi - Arkov

Ukrayna peyk kəşfiyyatı məlumatlarını aldıqdan sonra Moskvaya zərbə endirib.
Bu sözləri BUTA.TV-a rusiyalı politoloq Vitali Arkov Ukraynanın Moskva bölgəsinə irimiqyaslı PUA zərbəsini şərh edərkən deyib. “Deyəsən, bu, tam olaraq belədir: ABŞ Ukraynaya peyk kəşfiyyatının ötürülməsini bərpa etdi, Polşa Qərb (əsasən Amerika) silahlarının Polşa-Ukrayna sərhədindən tranzitinin bərpa olunduğunu açıqladı və Ciddə danışıqlarından bir neçə saat əvvəl Ukrayna qüvvələri Rusiya ərazisində mülki hədəflərə qarşı ən kütləvi PUA hücumunu həyata keçirdi, nəticədə dinc sakinlər həlak oldu. Kiyev rejiminin qəddarlığı dünən Rusiyaya işgüzar səfərə gələn ATƏT-in baş katibi Feridun Sinirlioğlunu və BMT-nin baş katibi Antonio Quterreşi belə şoka salıb”, - o bildirib.

Qeyd edək ki, 11 martda səhər saatlarında Ukrayna PUA-larının Moskvaya hücumu tələfat və dağıntılara səbəb olmuşdu.

Seçilən
2
2
buta.tv

10Mənbələr