AZ

BMT qütbləşən bir quruma çevrilir - Şimali Makedoniya Prezidenti

Bakı. Trend:

Fürsətdən istifadə edib çox gözəl ev sahibliyinə görəAzərbaycana təşəkkürümü bildirmək istəyirəm. Nizami GəncəviMərkəzinə bu Forumda iştirak üçün dəvətə görə təşəkkür edirəm.Coğrafi məsafəyə baxmayaraq, bizim iki dost ölkəmiz dərin bağlaramalikdir. Bu iki ölkə bəşəriyyətin kəsişdiyi nöqtələrdə yerləşir.Burada çoxmillətli, çox dillərə malik insanlar yaşayır.

Trend xəbərverir ki, bu barədə Şimali Makedoniya Respublikasının PrezidentiQordana Silyanovska-Davkova XII Qlobal Bakı Forumunda çıxışı zamanıdeyib.

“Hər iki ölkə 1991-ci ildə müstəqilliyini qazanıb və öhdəlikolaraq çoxtərəflilik və əməkdaşlıq kimi dəyərləri seçib. Həmçinindigər bir məsələ var ki, bizim ölkələrimiz üçün oxşardır.Azərbaycan odlar yurdudur, mən isə günəş ölkəsini təmsil edirəm.Günəş bizim Makedoniya şairlərinin dediyi kimi, ən qədim odlardanbiridir. Son bir neçə gün ərzində Azərbaycan Respublikasına rəsmisəfər çərçivəsində çox geniş müzakirələr aparmışıq. Prezident İlhamƏliyevə qonaqpərvərliyə görə təşəkkür edirəm. Azərbaycanınqonaqpərvərliyi beynəlxalq səviyyədə Qlobal Bakı Forumu vasitəsilədaha da tanınır. Forum son illər dünyada qabaqcıl platfotmalardanbirinə çevrilib. Bu Forum bir neçə nəsil liderlərin müdrikfikirlərini və ideyalarını paylaşdığı bir yerdir. Bu regional vəbeynəlxalq məsələlər ətrafında qurulan bir forumdur. Bu məsələlər2025-ci ildə xüsusilə əhəmiyyətlidir. Çünki bu ili hamı keçid vədəyişikliklər ili kimi dəyərləndirir. Günbəgün yeni suallar ortayaçıxır, onların hələ ki cavabları yoxdur. Dünya hələ ki fərqli birməkana çevrilir - çoxtərəflilik qütbləşməyə, siyasi mübarizəyə yolaçıb. Bu, birgə təhlükəsizlik sistemini sarsıdır. BMT qütbləşən birquruma çevrilir. Lazım olan vaxtı istənilən nəticəni vermir. Artıqkonsensus sual altındadır. Biz yeni mərhələdə necə yaşamalıyıq;burada qərarlar və beynəlxalq sistemə əsaslanan qərarlar sistemiçökür. Ümumiyyətlə, bu böhranın öhdəsindən birgə gələ biləcəyəkmi?Gənc və gələcək nəsillər üçün nə edə bilərik suallarına cavabtapmalıyıq”, - deyə Şimali Makedoniya Prezidenti bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Məqalədə:
Seçilən
12
3
az.trend.az

4Mənbələr