AZ

Şarl Mişel Aİ-yə yeni üzvlərin qəbulunun mümkünlüyünə münasibət bildirdi

Aİ-nin tarixinə nəzər yetirsək görərik ki, biz hər zaman bağlantıların qurulmasında müsbət rol oynamışıq.

Yenicag.az xəbər verir ki, bunu XII Qlobal Forum çərçivəsində keçirilən “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda paneldə Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel “Aİ-yə yeni üzvlərin qəbulu mümkündürmü?” sualına cavabında deyib.

O bildirib ki, Aİ daha çox əlaqələr qurmalı, regional müstəvidə daha çox çıxış etməlidir: “Biz öz maraqlarımızı siyasətimizdə müdafiə etməliyik. Bəzi layihələri yeni tərəfdaşlarla həyata keçirə bilərik. Dünyanın qalan hissəsinə laqeyd münasibət bəsləməli deyilik. Çalışmalıyıq ki, əlaqələri inkişaf etdirək”./APA

Seçilən
1
1
yenicag.az

2Mənbələr