AZ

Günəş kremindən istifadə D vitamini çatışmazlığına səbəb olur?

Günəş kremindən istifadə D vitamini çatışmazlığına

Günəş kremindən istifadə D vitamini çatışmazlığına səbəb ola bilərmi? Bu sual bir çoxlarının marağını çəkir, çünki günəşdən qoruyucu vasitələrin dərimizin UVB şüalarına məruz qalmasına mane olub, D vitamini istehsalını azaldıb-azaltmadığını bilmək istəyirik. D vitamini, bədənin günəşin UVB şüalarını udması nəticəsində istehsal edilir və bu vitamin sümük sağlamlığı, immunitet funksiyası və ümumi sağlamlıq üçün vacibdir. Lakin, günəş kremi UVB şüalarının qarşısını aldığı üçün bəzi insanlar bu prosesi maneə törətməkdən narahatdırlar.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, tədqiqatlar göstərir ki, yüksək SPF-lə günəş kremi istifadə etmək dərinin UVB şüalarını udmaq qabiliyyətini azalda bilər, amma bu, D vitamini istehsalını tamamilə dayandırmaz. Çünki, insanların çoxu günəş kremi sürərkən onu bərabər şəkildə tətbiq etmir və bu da bəzi UVB şüalarının bədənə nüfuz etməsinə imkan verir. Bir araşdırma da göstərib ki, günəş kremi istifadəsi ilə belə insanlar kifayət qədər D vitamini istehsal edirlər.

D vitamini çatışmazlığına səbəb olduğunu sübut edən güclü dəlil yoxdur. Bir çox mütəxəssis, hətta günəşdən qoruyucu vasitələrdən istifadə edilsə də, insanların hələ də D vitamini istehsal etmək üçün kifayət qədər günəş işığı aldığını bildirir. Günəş kremi yalnız müəyyən saatlarda təsirli olduğu üçün, bir neçə dəqiqəlik günəş altında olmaq belə D vitamini səviyyəsinin qorunmasına kömək edə bilər.

D vitamini çatışmazlığını qarşısını almaq üçün günəşdən qorunma və vitamin istehsalını balanslaşdırmaq vacibdir. Səhər və ya günortadan sonra 10-15 dəqiqə günəşə çıxmaq, yağlı balıq, yumurta sarısı və zənginləşdirilmiş süd məhsulları kimi qidaları pəhrizə daxil etmək və həkim tərəfindən təyin olunan D vitamini əlavələrini qəbul etmək faydalıdır.

Son olaraq, günəşdən qorunma ilə D vitamini səviyyələrini tarazlaşdırmaq mümkündür və günəş kremi istifadəsi D vitamini çatışmazlığına səbəb olmur. Dərinizi günəş yanığından, erkən yaşlanmadan və dəri xərçəngindən qorumaq daha vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
26
e-saglam.az

1Mənbələr