AZ

Aİ daha inklüziv və ədalətli qlobal idarəçiliyi dəstəkləyir - Şarl Mişel

Bakı. Trend:

Avropa İttifaqı daha əhatəli və ədalətli qlobal idarəetməsisteminin yaradılması ideyasını tam dəstəkləyir.

Trend xəbərverir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən“Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”adlı panel iclasda çıxışı zamanı Avropa İttifaqı Şurasının sabiqPrezidenti Şarl Mişel deyib.

"Qarşılaşdığımız problemlərlə bağlı realist olmalıyıq. Son beşildə dünyada böhranlar, gərginliklər, qlobal nizamda dəyişikliklərbaş verib. Əvvəlcə bəzi Aİ ölkələri böhranın öhdəsindən təkbaşınagələ biləcəklərini düşünürdülər, lakin bunun nəticə verməyəcəyi tezbir zamanda aydın oldu", - o bildirib.

O, qaydalara əsaslanan sistemin saxlanmasının zəruri olduğunu,lakin mövcud nizamın müasir dünyanın reallıqlarını əksetdirmədiyini bildirib.

"Buna görə də biz daha inklüziv və ədalətli qlobal idarəetməninyaradılması ideyasını tam dəstəkləyirik və Aİ bu prinsiplərinmüdafiəsində ön sıralarda olmağa hazırdır", - o əlavə edib.

Şarl Mişel onu da vurğulayıb ki, Avropa İttifaqı üçün onunhərəkətlərinə diqqət bir növ fürsətdir.

"Siz sadəcə kənarda dayana bilməzsiniz. Çoxqütblü dünyanıdəstəkləyən çoxtərəfli sistemi gücləndirmək üçün qərarlar qəbuletməli və taleyimizin ağası olmalıyıq", - o bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Məqalədə:
Seçilən
7
2
az.trend.az

3Mənbələr