AZ

Miqrantlar Polşa sərhədçilərinə nizə ilə hücum ediblər

Bir qrup qeyri-qanuni miqrant Polşanın şərq sərhədini keçməyə cəhd edərkən əldəqayırma nizələrlə sərhədçilərə hücum edib.

"Unikal" xəbər verir ki,  bu  barədə Polşa Sərhəd Xidməti məlumat yayıb.

Bunun fonunda sərhədçilər cavab olaraq gözyaşardıcı qazdan istifadə ediblər. 

Hadisə anını videokameralar qeyd edib, hücuma məruz qalan əraziyə sərhəd naryadı göndərilib. Sərhədçilərdən heç biri xəsarət almayıb.

Sərhəd xidməti bildirir ki, cəmi bir gün ərzində 70-dən çox sərhədi qanunsuz keçməyə cəhd edilib.

Seçilən
4
unikal.az

1Mənbələr