AZ

Nazirlikdən qalmaqallı tarixi bina ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda şəxsi ədavətə görə tarixi binada yerləşən iaşə obyektində söküntü işlərinin aparıldığı iddia edilirdi. 

Ölkə.az-a açıqlama verən, 2018-ci ildən etibarən tarixi binada fəaliyyət göstərən "Flora Hostel Baku"nun sahibi, Türkay Bayramov  yeni qonşusunun kommersiya məqsədilə onu sıxışdırdığını iddia edirdi. 

Məsələ ilə bağlı Ölkə.az Mədəniyyət Nazirliyinə sorğu göndərmişdi. Cavab olaraq bildirildi ki, yerli əhəmiyyətli memarlıq abidəsi kimi (inv.№ 3516) dövlət qeydiyyatına alınmış, Bakı şəhəri, Yasamal rayonu, T.Xəlilbəyli 23 ünvanında yerləşən tarixi tikiliyə qanunsuz müdaxilə faktları aşkar olunub:

“Abidənin görkəmini pozan qanunsuz quraşdırılmış dam örtükləri, soba və digər əlavələr Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu icra hakimiyyəti tərəfindən sökülmüşdür”.

Həmidə İbrahimova

Seçilən
1
olke.az

1Mənbələr