AZ

Belarus MILEX-2025 Beynəlxalq Silah və Hərbi Texnika Sərgisinə hazırlaşır

Belarus 21-24 may tarixlərində Minsk şəhərində keçiriləcək MILEX-2025 XII Beynəlxalq Silah və Hərbi Texnika Sərgisinə hazırlaşır.

“Poliqon” xəbər verir ki, MILEX sərgisi iki ildən bir Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin, Müdafiə Nazirliyinin və “BelExpo” Sərgi Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Bu il sərginin tematik bölmələrində dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş texnologiyaların geniş spektri təqdim olunacaq. Nümayiş etdiriləcək məhsullar arasında pilotsuz uçuş aparatları, döyüş təyyarələri, helikopterlər, rabitə avadanlıqları, elektro-optik cihazlar, raket və artilleriya sistemləri, elektron müharibə vasitələri, zirehli maşınlar, tanklar, silah və sursatlar, hava hücumundan müdafiə sistemləri, təlim avadanlıqları, simulatorlar, hərbi gəmi və katerlər, radarlar, sahil mühafizə sistemləri, tank əleyhinə silah sistemləri və s. yer alacaq.

Həmçinin sərginin işgüzar proqramına elmi-texniki konfranslar, müdafiə və dövlət təhlükəsizliyi sahəsində hərbi-texniki əməkdaşlıq üzrə forumlar daxil olacaq.

Seçilən
9
poliqon.az

1Mənbələr