Kursk vilayətinin Sudjanski rayonunun keçmiş rəhbəri Aleksandr Boqaçev yaralanıb.
Herbiand.az bildirir ki, o, bu məlumatı RT nəşrinə təsdiqləyib.
Boqaçev jurnalistlərlə söhbətində deyib: “Mən həqiqətən də yaralanmışam, özümü yaxşı hiss edirəm”.
Keçmiş məmurun hansı şəraitdə yaralandığı açıqlanmır. Nəşrin məlumatına görə, Boqaçov istefaya getdikdən sonra könüllü olaraq Kursk kəndlərinin sakinlərinin təxliyyəsində iştirak edib.
Qeyd edək ki, Aleksandr Boqaçev 2024-cü ilin noyabrında vilayət rəhbərliyinin yerli əhali ilə görüşündə işdən çıxarılıb.
Bəxtiyar CƏFƏRLİ