AZ

İki böyük şirkətin əməkdaşlığı avtomobil dünyasını narahat edir

“Lamborghini” və “Mercedes” güclərini birləşdirir.

Avtosfer.az xəbər verir ki, 2 şirkətin mütəxəssisləri yeni elektrik mühərriki üzərində işləməyə başlayıblar. Məqsəd daha yüksək göstəricilərə, daha səmərəli sərfiyyata malik mühərrik layihələndirməkdir.

Lakin bu əməkdaşlıq bazardakı bəzi böyük aktorları narahat edir. Onların fikrincə, 2 böyük şirkət elektrikə yönələcəyi təqdirdə hidrogen mühərrikləri layihəsini dayandıracaq. 

2 şirkət mühərrik sahəsində əvvəllər də əməkdaşlıq edib. Bir neçə il əvvəl “Mercedes”in mühəndisləri “Lamborghini”nin V8 mühərrikini təkmilləşdiriblər.

Nə “Lamborghini”, nə də “Mercedes”in rəhbərliyi hidrogen mühərrikləri ilə bağlı narahatlıqları şərh edirlər.

Vüqar Yaşaroğlu

Seçilən
5
avtosfer.az

1Mənbələr