AZ

Ermənistan Konstitusiyası ilə bağlı məsələləri aradan qaldırdıqdan sonra sülh gündəliyi üçün daha yaxşı şərtlər formalaşa bilər - Prezidentin köməkçisi

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı iddialarına baxdıqda görürük ki,bəzi havadarlarının dəstəyi ilə onlar artıq keçmişin bir alətiolan, hər hansı bir funksiyası olmayan Minsk qrupunun hər bir vəcdəsaxlanmasına da cəhd göstərirlər. Minsk qrupuna bu gün heç birehtiyac yoxdur, ola da bilməz. Əgər kimsə Minsk qrupunu dirçəltməyəçalışa bilərsə, bunlar yalnız utopik fikirlər ola bilər.

Trend xəbərverir ki, bu sözləri jurnalistlərə açıqlamasında AzərbaycanPrezidentinin köməkçisi - Prezident Administrasiyasının Xaricisiyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Prezidentin köməkçisi deyib ki, Minsk qrupu yaradılanda onuntəməlini məhz münaqişənin həll edilməsi təşkil edirdi. "Münaqişəyoxdur. Ermənistanla Azərbaycan arasında normallaşma prosesiningetdiyi bir şəraitdə Ermənistan tərəfi yenə də səmimiyyət nümayişetdirməyərək Minsk qrupu kimi lazımsız bir alətin saxlanmasınaçalışır", - deyə H.Hacıyev bildirib.

Azərbaycanın bu məsələdə israrlı olduğunu qeyd edən Prezidentinköməkçisi vurğulayıb: “Hesab edirik ki, bu kimi məsələlər, xüsusilədə Ermənistanın Konstitusiyası ilə bağlı məsələləri aradanqaldırmasından sonra regionda sülh gündəliyi üçün daha yaxşışərtlər formalaşa bilər”.

Seçilən
1
10
az.trend.az

10Mənbələr