Ermənistanın silahlandırılması regionda parçalanmanın yeni elementi ola bilər.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XII Qlobal Bakı Forumunda deyib.
O daha sonra ölkələrarası əlaqələrdən söz açaraq qeyd edib ki, Azərbaycanın çoxtərəfliliyə əsaslanan yanaşması mövcuddur:
“Çoxtərəflilik baxımından, Azərbaycanda biz həm də çoxdinlik konsepsiyası seçir, müəyyən tədbirlərlə regionları birləşdiririk. Həmfikir olan ölkələri dəyərlər ətrafında birləşdirməyə çalışırıq”.