AZ

Hikmət Hacıyev: "Şərq-Qərb toqquşması dərinləşir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan hər zaman çoxtərəfli diplomatiyanın tərəfdarı olub".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Azərbaycan olaraq, biz bütün prosesləri diqqətlə izləyirik. İlkin olaraq biz dünyada qütbləşmənin baş verdiyini görürük. Biz müşahidə edirik ki, Şərq-Qərb toqquşması dərinləşir, eyni zamanda, böyük güclərin çəkişməsini müşahidə edirik", - deyə o qeyd edib.
H.Hacıyev, həmçinin vurğulayıb ki, Cənubi Qafqazda geosiyasi toqquşmanın qarşısının alınmasının təşəbbüskarı Azərbaycan olub:
"Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam etdirilir. Ermənistan Azərbaycana qarşı iddialardan çəkinməlidir. Ermənistan öz təhlükəsizliyini kənarda yox, Cənubi Qafqaz regionunun daxilində axtarmalıdır".
Aləmdə Nəsib
Seçilən
4
oxu.az

1Mənbələr