AZ

Qlobal Bakı Forumu dünyanı narahat edən məsələlərlin müzakirə olanduğu nadir platformadır -Parlamentari

Martın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılışı baş tutub. 
Tədbirdə dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ekspertlər qlobal təhlükəsizlik, münaqişələrin həlli, informasiya manipulyasiyası və digər aktual məsələləri müzakirə ediblər. Forumda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq əməkdaşlığa töhfələrini vurğulayıb.
 ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxmasının mümkün fəsadları, dünya düzənində qütbləşmənin artması və enerji təhlükəsizliyi kimi məsələlər də forumun əsas mövzuları sırasında olub.


Millət vəkili Azər Badamov “Sherg.az”a bildirib ki, Bakıda keçirilən Qlobal Bakı Forumları dünya gündəmi üçün əhəmiyyət daşıyan beynəlxalq platformaya çevrilib:

“13-15 mart tarixlərində keçirləcək XII Qlobal Bakı Forumuna da beynəlxalq səviyyədə maraq çox böyükdür.  Foruma indiki və keçmiş prezidentlər, hökumət rəhbərləri, siyasətçilər, Nobel mükafatı laureatları, beyin mərkəzlərinin nümayəndələri olmaqla 400-dən çox iştirakçı  qatılıb. Həm də BMT  və digər beynəlxalq təşkilatların nümayəndələrinin foruma qatılması onun əhəmiyyətinin nə qədər yüksək olduğunu göstərir. Bu forumun mövzusu Dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi ilə bağlıdır. Bu gün həqiqətən dünya nizamı heç olmadığı qədər çətin dövrünü yaşayır. Baş verən savaşlar və müharibələrin davam olunmasına maraqların toqquşması, birləşmiş qərbin daxilində yaranmış fikir ayrılıqları, o cümlədən qloibal miqrasiyanın yaratdığı çətinliklər və s qlobal gündəliyin əsas mövzularına çevrilmişdir. Bu gün dünya öznünü daha təhlükəsiz və ədalətli nizmaının formalaşdırılmasına çalışmalıdır. Əks halda bəşər tarixinin sonu gələ bilər. Bu baxımdan XII Qlobal Bakı Forumu qlobal gündəliyi narahat edən məsələlərlin müzakirə olanduğu nadir platformadır. Bu gün həm də dünyada dünyanı bir araya yılğaraq qlobal məsələlərdə dialoqa nail olunması üçün müzakirələrin aparıldığı ikinci bir məkan yoxdur. Çünki dünya parçalanıb və demək olar ki, güclü ölkələr zəifləri üzərində hakimiyyəti ələ almağa çalışır.  Heç kim dialoqdan, sülhdən, birgə yaşayışdan və əməkdaşlıqdan danışmaq üçün bir platforma yaratmır”.

Deputat qeyd edib ki, Azərbaycan isə artıq 12-ci dəfə bu platformanı qlobal müzakirələrə təqdim edir:
“Bu həm də ölkəmizin sülh və ədaləti dəstəkləyən niyyət və məqsədlərinin göstəricisidr. Azərbaycan bütün siviliyasziyasıları birgə və sülh içində, multukulturializmə, beynəlxalq hüquqa hörmətlə yaşamasına çağırış edir. Bu, həm də böyük tolerantlıq və multukulturizm ənənələrinə sadiq bir Azərbaycanı dünyaya təqdim etmək üçün bir platformadır.  Biz forum çərçivəsində ölkəmizin məqsədlərini və baxışlarını da bölüşə bilirik. Bu həm də ölkəmizə qarşı qarayaxma kampaniyaları, ikilistandartlarlı siyasət aparanların istəklərini ifşa etmək üçün bir platformadır. Beləliklə XII Qlobal Bakı Forumu həm qlobal məsələləri müzakirə etmək, həm də sözümüzü beynəlxalq arenaya çatdımaq baxımından bir fürsət olduğunu hesab edirəm”.
Seçilən
2
1
sherg.az

2Mənbələr