AZ

Bakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb – FOTOLAR

Martın 12-də Bakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb.

İnterpress.az xəbər verir ki, iftar süfrəsində Milli Məclisin deputatları, Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu, Türkiyənin Azəbaycandakı səfiri Birol Akgün, tanınmış ictimai-siyasi xadimlər, şəhid ailələri və qazilər, tələbələr iştirak ediblər.

Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu vurğulayıb ki,Azərbaycan və Türkiyə həm xoş günlərdə,  həm də dar günlərdə hər zaman bir-birinin yanındır:

“Türkiyə bilir ki, heç kim olmasa da, yanında Azərbaycan var. Bu birliyimiz daim olsun”.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyə və Azərbaycan Ulu Öndərin “İki dövlət, bir millət” tezisini əsas götürərək yolunu davam etdirir: “Böyük Atatürkün sözlərini xatırlatmaq da yerinə düşər: “Azərbaycan xalqının sevinci də, kədəri də bizim sevincimiz, kədərimizdir. Son hadisələr də bunun əyani təzahürüdür. 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi dəstəyi heç zaman unutmayacağıq. Eyni zamanda Türkiyədə 6 fevral zəlzələsindən sonra azərbaycanlılar əllərindən gələn qədər türk qardaş və bacılarına yardım etdi. Bu münasibətlər bundan sonra daha da inkişaf edəcək. Bayraqlarımız hər zaman uca olsun! Yaşasın türk dünyası”!

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün ölkəmizdə çalışmaqdan böyük şərəf duyduğunu bildirib: “Bizim qardaşlığımız sözdə deyil, həm də əməldə özünü büruzə verir. Ikinci Vətənimizdə fəaliyyət göstərmək mənim üçün xüsusi məna kəsb edir”.

TBMM-in deputatı Şamil Ayrım deyib ki, UİD türk diasporasının güclənməsi, birliyin qorunması, Türkiyə-Azərbaycan birliyinin beynəlxalq təsirinin artırılması üçün böyük səy göstərir: “Bu gün Avropadan ABŞ-ə, Orta Asiyadan Afrikaya qədər geniş coğrafiyada yaşayan milyonlarla insan ortaq dəyərləri yaşadır. Türkiyə və Azərbaycan diasporalarının birgə fəaliyyəti ortaq hədəflərə çatmağı daha da asanlaşdıracaq. Digər tərəfdən ortaq strateji investisiyalar regional sülh üçün də töhfə verir”.

Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan üzrə regional rəhbəri Cengiz Aygör jurnalistlərə açıqlamasında bildirib ki, Beynəlxalq Demokratlar Birliyi 2004-cü ildə Almaniyada, Kölndə yaradılıb və  hazırda dünyanın 32 ölkəsində 57 şöbəsi ilə QHT kimi fəaliyyət göstərir: “Öncəliklə Türkiyədən kənarda yaşayan türk vətəndaşlar və türk topluluqlarının qarşılaşdıqları sosial, siyasi və mədəni problemlərinin həlli ilə məşğul oluruq. Eyni zamanda Azərbaycan və Türkiyə arasında birliyin yüksək səviyyədə olması üçün əlimizdən gələni edirik. Bu il fəaliyyət göstərdiyimiz bütün ölkələrdə iftar süfrələri təşkil etmişik. Bugünkü iftara 900 nəfər dəvət olunub. İlk dəfə bu qədər böyük proqram təşkil etmişik”.

Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir isə qeyd edib ki, Türkiyənin, eləcə də Azərbaycanın müxtəlif qurumların tərəfindən iftar süfrələrinin təşkil olunur: “Ramazan yardımlaşmaq deməkdir. Azərbaycan və Türkiyə arasında yardımlaşma xüsusilə Ramazan ayında xatırlanır. Kahramanmaraşa Azərbaycanın qardaş köməyi ən çox Ramazan ayında yada düşür. Çünki zəlzələ qış ayında baş vermişdi. Əmin olun ki, hər bir türk vətəndaş azərbaycanlılar üçün dua edir”./Musavat.com

Seçilən
1
1
interpress.az

2Mənbələr