“Brent” markalı neftin qiymətinin qlobal ucuzlaşması və məzənnənin dəyişməsi Türkiyədə yanacaq qiymətlərinə təsirsiz ötüşməyib.
News24.az xəbər verir ki, beynəlxalq bazarlarda Brent markalı neftin qiyməti yenidən bahalaşır. Bu səbəbdən benzin qiymətlərində sabahdan etibarən 1 lirə 81 qəpik yeni artım gözlənilir.
Aİ 92 markalı benzin və dizel qiymətləri qlobal bazarlarda Brent markalı neftin qiymətlərində və valyutada baş verən dəyişikliklərə görə dəyişir. Keçən həftə Brent markalı neftin qiyməti uzun müddətdən sonra ilk dəfə olaraq 70 dollardan aşağı düşdü və yanacağın qiymətində endirim xəbərləri bir-birinin ardınca gəldi.
Martın 4-də benzində 1 lirə 15 qəpik endirimdən sonra martın 7-də əlavə olaraq 2 lirə 6 qəpik endirim edilib. Bundan əlavə, martın 8-dən etibarən dizel yanacağı qiymətlərinə 1 lirə 35 qıpik endirim tətbiq edilib.
Aqil