AZ

“Avropa İttifaqının monitorinq missiyası Azərbaycanla Ermənistan arasında gərginlik mənbəyinə çevrilib”

“Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası Brüsselin Bakı ilə münasibətlərində gərginliyi artırır. Halbuki, Avropa İttifaqı Azəbaycanla enerji əməkdaşlığının davam etdirilməsini istəyir. Azərbaycan da bunda maraqlıdır”.

Bunu Moderator.az-a açıqlamsında politoloq Elxan Şahinoğu bildirib. Ekspert qeyd edib ki, bu missiya Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olur:

“Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının əsl məqsədi Azərbaycanı Ermənistana qarşı müharibədən çəkindirməkdir. Yəni Brüsseldə hesab edirlər ki, Azərbaycan guya Ermənistana hücum edə bilər və bunun qarşısını almaq üçün monitorinq missiyası fəaliyyətini davam etdirməlidir. Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur. Azərbaycan ərazi bütövlüyünü təmin edib, sərhəddə strateji yüksəkliklərə nəzarət edir.

Məqsədimizə çatdıqdan sonra sülh sazişinin imzalanmasında maraqlıyıq. Bunu İlham Əliyev XII Qlobal Bakı Forumda bir daha təkrarlayıb. “Biz Cənubi Qafqazda sülh qurmalıyıq”, - deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, Ermənistana təqdim olunan həmin sülh müqaviləsinin müəllifidir. Prezident bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb. Belə olan halda Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasına nə ehtiyac var? Əksinə, həmin missiya iki ölkə arasında gərginlik mənbəyinə çevrilib. Halbuki, Avropa İttifaqı rəsmiləri sözdə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması vacibliyindən danışırlar. Ancaq əməldə bunun əksi müşahidə olunur”.

Seymur ƏLİYEV

 

Seçilən
1
moderator.az

1Mənbələr